Dövlət təqaüd proqramı üzrə Yaponiya səfirliyində sənədlərin qəbulu elan olunub
25/05/2015Yaponiya Dövləti hər il olduğu kimi xarici tələbələr üçün Dövlət Təqaüd Proqramlarını təşkil edir. Bu il həmçinin, dövlət təqaüd proqramı üzrə Yaponiya səfirliyində sənədlərin qəbulu elan olunub. 30 may 2015-ci il tarixində Yaponiya səfirliyinin Mədəniyyət və Məlumat Mərkəzində dövlət təqaüd proqramına dair brifinqin keçirilməsi planlaşdırılır. Brifinqda nəinki yapon dili fakültəsinin tələbələri, həmçinin digər ixtisas üzrə təhsil alan tələbələrin iştirakı nəzərdə tutulub. Brifinqda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Ətraflı məlumatı səfiriyin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
