Homeaz | en | ru

Dekan professor E.Əzizov “100 illik xəzinə” verilişinin qonağı olub

24/04/2019

Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında  Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar olaraq  “100 illik xəzinə” verilişinin növbəti buraxılışı yayımlanıb. Verilişin bu həftəki qonağı Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov olub. O, fakültənin tarixi və bugünki inkişafı, tədris prosesinin təşkili, beynəlxalq əlaqələr, keçirilən ictimai və sosial tədbirlər, tələbələrlə iş və s. mövzularda çıxış edib.

Qeyd edək ki, maarifləndirici proqramın hazırlanmasında başlıca məqsəd 100 illik tarixə malik qocaman ali təhsil ocağının 16 fakültəsi barədə geniş məlumat vermək, tarixi, inkişafı və fəaliyyətini işıqlandırmaqdır. Verilişi izləmək istəyənlər BDU TV youtube kanalına müraciət edə bilərlər.

 

Bookmark and Share