Böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr olunmuş konfrans
23/09/201520 sentyabr 2015- ci il tarixində AMEA-nın Ədəbiyyat İnstitutu İran İslam Respublikasının Mədəniyyət Mərkəzi ilə birlikdə böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr olunmuş konfrans təşkil etmişdir. Konfransı giriş sözü ilə akademik İsa Həbibbəyli, İİR-in Bakidakı fövqəladə və səlahiyyətli səfiri Muhsin Pakain, akademiklər Vasim Məmmədəliyev və Teymur Kərimli, İİR -in Mədəniyyət Mərkəzinin müdiri İ.İbrahimi, professorlar BDU- nun İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov, Musa Qasımlı və başqaları çıxış etmişlər. Onu da qeyd edək ki, akademik Vasim Məmmədəliyev "Şəhriyar dunyası", professor Mehdi Kazımov isə "İran poeziyası və Şəhriyar" mövzusunda məruzələrlə çıxış etmişlər.
