Homeaz | en | ru

Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının tələbələr arasında müzakirəsi keçirilib

02/12/2020

 

30 noyabr 2020-ci il tarixində Şərqşünaslıq və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının tələbələr arasında Microsoft Teams platforması vasitəsi ilə müzakirəsi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlamış, ilkin olaraq Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli Vətən müharibəsində əldə olunan qələbə münasibəti ilə iştirakçıları təbrik etmiş, poema barəsində fikirlərini bildirmişdir.

Daha sonra Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov “Gülüstan” poeması barədə ədəbi yanaşmaları ifadə etmiş, tələbələrin Azərbaycançılıq mövzuları ilə əlaqədar olan əsərlərə marağından danışmışdır. Çıxışlardan sonra Şərqşünaslıq və Filologiya fakültəsinin tələbələri ardıcıl şəkildə çıxış etmiş, poemanın daxili quruluşu, burada olan bədii təsvir və ifadə vasitələri, kinayələrin filoloji aspektləri, poemanın digər vətənpərvərliklə bağlı əsərlərlə olan əlaqəsi, sujet xətti barədə məlumat veriblər.

Tədbir şairin şeirlərinin tələbələr tərəfindən səsləndirilməsi ilə sona çatmışdır.

 

Bookmark and Share