Bugün Şərqşünaslıq fakültəsinin rəhbərliyi, TGT-nin idarə heyəti və birinci kurs tələbələrindən ibarət fəallar Fəxri Xiyabanı ziyarət edib
11/12/202011 dekabr 2020-ci il tarixində Şərqşünaslıq fakültəsinin rəhbərliyi, Tələbə Gənclər Təşkilatının idarə heyəti və birinci kurs tələbələrindən ibarət fəalların iştirakı ilə 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabana səfər edilmişdir. Ziyarət əsnasında Ulu öndər, Ümummilli lider Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın məzarları ziyarət edilmiş, qəbrləri üzərinə gül dəstələri qoyulmuşdur. Tələbələrin hər il anım günü mərasimlərində iştirakı onların böyük şəxsiyyətə olan hörməti, davamçısı olduqları yola olan münasibətləri ilə əlaqədar olub, gənc nəslin möhkəm təməllər üzərində qurulmasına təkan verir.
