Bütün dünya məktəblilərinin Çin dili üzrə “Çin dili körpüsü” adlı müsabiqəsi
22/06/2015Tədbiri BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfindən olan direktoru Xu Fenxua açıb. Tədbirdə BDU-nun prorektoru, professor İradə Əliyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Müsabiqə beş hissədən - yazılı imtahan, yoxlama, nitq, Çin mədəniyyətinə dair sual-cavab və Çin bədii çıxışlarının nümayişindənibarət olub.
- Mükafatları onlara prorektor İradə Əliyeva təqdim edib.
Bütün dünya məktəblilərinin Çin dili üzrə “Çin dili körpüsü” adlı müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq keçirilib. BDU-nun nəzdindəki Konfutsi İnstitutunun rəhbərləri və müəllimləri mövzuların planlaşdırılmasından, təklif olunmasından, imtahan işlərinin yoxlanılmasından müsabiqəyədək bütün proses boyu səylə layihələşdirib həyata keçiriblər. Sonda istənilən nəticə əldə edilib.
Qeyd edək ki, bütün dünya məktəblilərinin Çin dili üzrə “Çin dili körpüsü” adlı müsabiqəsi Konfutsi İnstitutlarının qərargahı (Xanban) tərəfindən Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən başlayaraq 8 belə müsabiqə uğurla keçirilib. Finalda iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən çox şagird dəvət olunub. Xarici ölkələrdə seçmə turun iştirakçılarının sayı 20 min nəfərdən çox olub. Azərbaycan Respublikası üzrə seçmə turun keçirilməsi Azərbaycan məktəblilərinin ilk dəfə olaraq Çində “Çin dili körpüsü” müsabiqəsində iştirak etməsinə imkan verib.
