Əbülqasim Firdovsinin anım mərasimi keçirilib
25/05/201620 may 2016 -cı il tarixdə İran İslam Respubklikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə məşhur İran şairi Əbülqasim Firdovsinin anım mərasimi keçirilmişdir. Həmin gün İranda “Firdovsi günü” kimi qeyd edilir. İran İslam Respubklikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin binasında baş tutan tədbirdə Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasının müdiri prof. Mehdi Kazımov, baş müəllim, fakültənin bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə Əbülqasim Firdovsinin həyat və yaradıcılığına dair məruzələrlə çıxış etmişdir. Bundan əlavə, mərasimdə Mədəniyyət Mərkəzinin müdiri İ.İbrahimi, İran İslam Respubklikasının Mədəniyyət və İslami Əlaqələr təşkilatının sədri Əbuzər İbrahim Türkəman, AMEA-nın vitse-prezidenti akad. İ.Həbibbəyli, AMEA Əlyazmalar İnstitutunun direktoru akad. T.Kərimlinin məzmunlu məruzələri dinlənilmişdir.
