Birinci kurs tələbələri və onların valideynləri ilə görüş keçirilib
15/09/2015Dekan professor E.Z.Əzizov birinci kurs tələbələri ilə görüşmüşdür
14 sentyabr 2015- ci il tarixində Şərqşünaslıq fakültəsinin dekanı professor E.Z.Əzizov fakültəyə qəbul olmuş birinci kurs tələbələri və onların valideynləri ilə görüş keçirmişdir. Dekan əvvəlcə tələbələri və valideynlərini təbrik etmiş, onlara tələbəlik illərində uğurlar arzulamış, daha sonra fakültədə təhsilin təşkili, imtahanların keçirilməsi qaydaları, tələbələrin vəzifələri, valideynlərlə qarşılıqlı münasibətlərin qurulması, habelə fakültənin tarixi, tanınmış məzunları, elmi və maddi-texniki potensialı, professor-müəllim heyəti barədə məlumat vermiş və fakültənin yeni tələbələrini qarşılamağa hazır olduğunu bildirmişdir. Tələbələr qrupları ilə tanış olduqdan sonra görüş başa çatıb.
