BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndanın məqaləsi impakt faktorlu jurnalda dərc olunub
02/02/2023Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndanın Braziliyada çıxan “Revista EntreLinguas” adlı impakt faktorlu jurnalda "Türk poeziyasında qadın obrazı (tədris materialları əsasında)” (“Based on teaching materials woman figure in the Turkish poetry") adlı elmi məqaləsi çap olunub. Tədqiqatda klassik poeziyadan XX əsr türk poeziyasına qədər nümunələrdə qadın obrazları təhlil olunub. Universitetlərdə tədris olunan bədii mətnlərdə qadın obrazlarının mövzunun mənimsənilməsində mühüm əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb.
