BDU-nun Şərqşünaslıq fakültəsində Müstəqillik Günü qeyd olunub
26/10/2018
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlanıb. Fakültə dekanı professor Elxan Əzizov ölkəmizin müstəqillik tarixi barədə ətraflı danışıb.
Sonra Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə və Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Xumar Səfərova Dövlət Müstəqilliyi günü barədə məruzələr ediblər.
Şərqşünaslıq fakültəsinin tələbələri - Ramin Həsənov, Orxan Hüseynzadə, Dilarə Aboyeva, Elmar Əliyev, Aytac Əliyeva, Məryəm Qafarlı, Elman Ağayev və Ziya Babazadə mövzu ətrafında müxtəlif məzmunlu çıxışlar ediblər.
Tələbələr - Nərmin Nuriyeva, Samir Hacıyev, Ülkər Rzayeva, Elşən Baxşəliyev və Aytac Nəcəfova Əhməd Cavad, Rəsul Rza, Xəlil Rza Ulutürk və Məmməd Araz yaradıcılığından vətənpərvərliklə bağlı şeir nümunələri səsləndiriblər.
Sonda tədbir ölkəmizin qazandığı uğurları əks etdirən müxtəlif slayd-şouların təqdimatı ilə yekunlaşıb.
