Bakı Dövlət Universiteti

Homeaz | en | ru

İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov beynəlxalq konfransda çıxış edib

13/07/2018

Bakı Dövlət Universitetinin  İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov Tehran şəhərində Farsdilli ədəbiyyatın görkəmli nümayəndəsi  Bidel Dehləviyə həsr olunmuş konfransda iştirak edib. İranın Bonyad-e Bidel  Fondu tərəfindən təşkil olunmuş V beynəlxalq konfransda 18 ölkədən alimlər və mütəxəssislər iştirak ediblər.

Professor Mehdi Kazımov plenar iclasda “XVI əsr farsdilli ədəbiyyatda üslub dəyişiklikləri” mövzusunda məruzə ilə çıxış edib, eləcə də plenar iclasa sədrlik edib.  M.Kazımovun iyulun 6-da  konfransın bağlanış mərasimində isə Hind üslubuna həsr olunmuş ikinci məruzə ilə çıxışı maraqla dinlənilib.

İkigünlük konfransda 50-dən çox məruzə dinlənilib. Məruzələr Bidel Dehləvinin yaradıcılığı ilə bağlı fəlsəfi, ədəbi, tarixi, dini və s. mövzulara həsr olunub. Görkəmli alimlər -  Əsgər Dadbeh, Əhməd Dəmimdari, Doktor Əbdülməcid Ziyayinin iştirak etdiyi tədbirdə İranın tanınmış şairləri Əbdülcabbar Kakai, Əlirza Qəzve və başqa şairlər öz şeirlərini oxuyublar.

 

Bookmark and Share