Homeaz | en | ru

BDU-nun bir qrup əməkdaşı təltif edilib

16/12/2019

Bakı Dövlət Universitetinin bir qrup əməkdaşı uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc  nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, universitetin ictimai həyatında fəal iştirakına görə və yubileyləri münasibətilə Fəxri fərmanla təltif ediliblər.

Rektor Elçin Babayev təltif edilən əməkdaşları təbrik edib, onların elm və təhsilin inkişafındakı xidmətlərini qeyd edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib.

Bookmark and Share