Homeaz | en | ru

BDU-da İran gənclərinin dostluq həftəsi keçirilib

20/04/2019

 

18 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası hökümətləri arasında mədəni-təhsil baxımından əlaqələrin inkişaf etdirilməsi və İran gənclərinin dostluq həftəsi çərçivəsində qonşu ölkədən olan gənclərin Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi ilə görüşü baş tutmuşdur.

Görüşdə şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, fakültənin “Regionşünaslıq (İran üzrə)”, “Filologiya (fars dili və ədəbiyyatı) və Tərcümə (fars dili) ixtisasları üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Görüşü Şərqşünaslıq fakültəsinin sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli açmışdır. O, BDU-nun tarixi, şərqşünaslıq fakültəsinin yaranması, ixtisaslar, burada təhsilin səviyyəsi, mütəxəssis hazırlığı barədə məlumat vermişdir. O, Azərbaycandakı tolerant mühitdən, müsəlman ölkələrinin əməkdaşlığı çərçivəsində keçirilmiş İslam həmrəylik oyunlarından danışmışdır. Bundan sonra gənclər qarşılıqlı tanış olmuş, səmərəli fikir mübadiləsi aparılmışlar.

 

Bookmark and Share