Homeaz | en | ru

BDU-da çin "Fənər bayramı" qeyd edilib

14/02/2017

Bakı Dövlət Universitetində çin "Fənər bayramı"na həsr olunmuş tədbir keçirilib. BDU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu (Kİ) tərəfindən təşkil olunmuş tədbirdə universitetin tələbələri, Kİ əməkdaşları, Bakıda təhsil alan çinli tələbələr, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Konfutsi İnstitutunun Çin və Azərbaycan tərəfindən olan həmdirektorları Lo Syaoci və Oktay Cəlilbeyli açaraq onun əhəmiyyətini qeyd ediblər.

Tədbirdə şeirlər Azərbaycan, çin, rus və ingilis dillərində səslənib, tapmaca yarışması keçirilib, lotereya oynanılıb, qaliblərə çin suvenirləri, hədiyyələr təqdim olunub.

Tədbirin sonunda bayram yeməyi - İyuansyao hazırlanıb.

 


Bookmark and Share