BDU rektoru Şərqşünaslıq fakültələrinin birinci kurs tələbələri ilə görüşüb
24/10/2018
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Şərqşünaslıq fakültələrinin birinci kurs tələbələri ilə görüşüb. Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor, professor Sani Hacıyev, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Rektor universitet haqqında məlumat verib, tələbələrin inkişafı üçün lazımi şəraitin yaradıldığını bildirib. Akademik Abel Məhərrəmov birinciləri ali məktəbə qəbul olunmaları münasibətilə bir daha təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib. Professor-müəllim heyətinə isə tələbələri elmi fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
