BDU nəzdində Konfutsi İnstitutu yeni dərs ilinin açılış mərasimini keçirib
22/09/2015BDU nəzdində Konfutsi İnstitutu yeni dərs ilinin açılış mərasimini keçirib
Prorektor Nəbi Ramazanlı Konfutsi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib, tələbələrin Çin dilini, mədəniyyətini öyrənmələrinin əhəmiyyətini qeyd edib.
Professor Gülər Abdullabəyova BDU nəzdində Konfutsi İnstitutunun AMEA-da açılmış Çin Dili Mərkəzinin fəaliyyəti barədə məlumat verib, burada Çin mədəniyyəti və çinlilərin adət-ənənələri haqqında tədqiqat işlərinin aparıldığını bildirib.
Daha sonra bir neçə tələbə Çin dilində səlis nitq söyləyib və Çin dilini öyrəndikləri zaman qazandıqları təcrübəni bölüşüblər.
Bu ilin oktyabrında keçiriləcək dünya məktəblilərinin “Çin dili körpüsü” yarışında Azərbaycanı təmsil edəcək Murad Həsənovun tədbirdə Çinin Tay Çi Şan kunq fusunu nümayiş etdirməsi alqışlarla qarşılanıb.
Bu tədris ilində Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu aşağı, orta və yuxarı səviyyəli Çin dili, HSK hazırlıq, Çin dili qabiliyyəti kursları və mədəniyyət tədbirləri təşkil edəcək.
Çin dili sevərlər və bu dili öyrənməyə maraq göstərənlər tədbirlərdə iştirak etməyə dəvət olunurlar.
![]() |
![]() |
