BDU əməkdaşlarının övladları üçün Yeni il şənliyi keçirilib
03/01/2018Dekabrın 30-da Bakı Dövlət Universitetində Yeni il şənliyi keçirilib. Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbiri HİK-in sədri, dosent Fikrət Şiriyev açaraq universitetin rəhbərliyi və bütün kollektivi adından uşaqları və valideynləri Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. Universitet əməkdaşlarının övladları üçün təşkil edilən bu tədbirdə Gənc Tamaşaçılar Teatrının peşəkar aktyorları Şaxta baba və Qar qız rolunda şənliyi açıb, sonra həmin teatr “Qoğalın nağılı” tamaşasını göstərib. Tədbirdə uşaqlara maraqlı yeni il hədiyyələri paylanb.
![]() |
![]() |
![]() |
![]() |
