Homeaz | en | ru

BDU ilə Yunus Əmrə İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

27/02/2018

Bu gün Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov BDU və Yunus Əmrə İnstitutu arasında ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edib, İnstitutun fəaliyyətindən danışıb.

Yunus Əmrə İnstitutunun  rəhbəri Cihan Özdəmir, öz növbəsində, BDU-da olmaqdan məmnunluğunu ifadə edib, institutun türk dilinin, ədəbiyyatının, tarixinin və mədəniyyətinin öyrənilməsi və təbliği sahəsində gördüyü işlərdən bəhs edib, BDU ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə  Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor, professor Sani Hacıyev, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov iştirak edib.

 

Bookmark and Share