Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində Koreya Mədəniyyəti günü qeyd edilib

03/05/2016

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Koreya Mədəniyyəti günü keçirilib. Fakültənin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasnın təşkil etdiyi tədbirdə müəllim-tələbə heyəti iştirak edib. Dekan, professor Elxan Əzizov və kafedra müdiri, dosent Oktay Cəlilbəyli çıxışlarında Koreya Mədəniyyəti gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs ediblər. 
Sonra tələbələrin ifasında Koreyanın milli çalğı alətlərindən ibarət "Samulnori" səhnələşdirilib. Koreya milli rəqsi - “Yelpik”, “Dado Çay” mərasimi nümayiş etdirilib, şeirlər səsləndirilib.
Tədbirdə Koreya konsulu Con Cunsoqun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

 

Bookmark and Share