”Bakı Universiteti” qəzeti Belarus Dövlət Universitetində keçirilən müsabiqədə birinci yerə layiq görülüb
10/03/2016Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri - Taleh Mursaqulov və Ayşə Mustafayeva Belarus Dövlət Universitetində keçirilən «Jurnalistika qış məktəbi» adlı beynəlxalq praktikum seminarda iştirak ediblər. Adıçəkilən konfransa Almaniya, Rusiya, Ermənistan, Slovakiya və Belarusiyanın digər universitetlərinin tələbələri də qatılıblar. Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqəyə tələbələrin təmsil etdikləri universitet qəzetləri də təqdim edilib. Bakı Dövlət Universitetinin “Bakı Universiteti” qəzeti Belarus Dövlət Universitetində keçirilən “Ən yaxşı xarici nəşriyyat” nominasiyasında birinci yerə layiq görülüb və universitetin rektoru, akademik Ablameyko Sergey Vladimiroviçin imzası ilə diplom verilib.
Qeyd edək ki, tədbir çərçivəsində tələbələr Belarusiyanın tarixi-memorial abidələrini ziyarət edib, bir sıra dövlət müəssisələrində təşkil olunan brifinqlərdə, o cümlədən müxtəlif mövzularda keçirilən seminar və konkurslarda Bakı Dövlət Universitetini müvəffəqiyyətlə təmsil ediblər.
![]() |
