Homeaz | en | ru

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi və Türkiyənin Pamukkale Universiteti arasında Teams platforması üzərindən onlayn görüş keçirilib

24/11/2022

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi və Türkiyənin Pamukkale Universiteti arasında Teams platforması üzərindən onlayn görüş keçirilmişdir. Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Türk filologiyası kafedrasının əməkdaşları Bənövşə Hacıyeva, Lamiyə Vaqifqızı, Əfsanə Quliyeva, Aygün Rüstəmova və Pamukkale Universitetinin əməkdaşları Ədəbiyyat fakültəsinin müasir türk ləhcələri və ədəbiyyatı kafedrasının müdiri, şimal-şərqi türk ləhcələri və ədəbiyyatı şöbəsinin müdiri Nərgiz Biray, cənub-qərbi (Oğuz) türk ləhcələri şöbəsinin müdiri Sonər Sağlam, çuvaş Türk ləhcələri və ədəbiyyatı şöbəsənin müidiri Aysel Baytok, şimal-şərqi türk ləhcələri və ədəbiyyatı şöbəsinin müdiri Mehtap Solak Sağlam, cənub-şərqi (Özbək-uyqur) türk ləhcələri və ədəbiyyatı şöbəsinin müdiri Murat Koçak,  fakültənin müəllimləri Səma Eynel, Gülmira Darmenova, İmira Raqibova, Süveyda Şahin çıxış edərək kafedranın fəaliyyəti, tədris proqramı və prosesi ilə bağlı geniş məlumat vermişlər. Hər iki universitetin professor-müəllim heyəti kafedraların elmi istiqamətləri, nəşr olunan monoqrafiyalar, dərslik və dərs vəsaitləri ilə qarşı tərəfi məlumatlandırmış, gələcək əməkdaşlıq planlarını müzakirə etmişlər. Dekabr ayının sonunda görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş elmi-bədii görüş keçirilməsi nəzərdə tutulmuşdur.

 

Bookmark and Share