Homeaz | en | ru

Bakı Dövlət Universitetində Novruz bayramı münasibəti ilə ağacəkmə aksiyası keçirilib

19/03/2022

Bu gün Bakı Dövlət Universitetində Novruz bayramı münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Universitet rəhbərliyi, fakültə və struktur əməkdaşları, tələbələr iştirak ediblər.

BDU-nun “Tələbə evi”nin həyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış 500-dək müxtəlif cinsli ağac əkilib.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.


Bookmark and Share