Bakı Dövlət Universitetində “Koreya Yaradıcılıq Sərgisi” keçirilib
22/11/2016Koreya Respublikasının ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Kim Çanq Gyunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Bakı Dövlət Universitetində “Koreya Yaradıcılıq Sərgisi” keçirilib. Tədbirdə 30 rəsm əsəri nümayiş olunub. Həmin rəsm əsərlərini azərbaycanlı tələbələr tərəfindən çəkilmişdir. Sərginin açılışında rektor akademik Abel Məhərrəmov, Şərqşünaslıq fakültəsinin dekanı professor Elxan Əzizov başda olmaqla müəllim və tələbə heyəti, Samsung şirkətinin Azərbayacandakı nümayəndəliyinin məsul şəxsləri, Hanqıl məktəbinin direktoru və b. iştirak etmişdir. Sərgidə Koreya mədəniyyəti, tarixi keçmişi, milli geyimləri, kənd həyatı və s. haqda rəsmlər nümayiş olunmuşdur. Sərginin təşkilində Şərqşünaslıq fakültəsinin “Koreya” üzrə regionşünaslıq ixtisasının II kurs tələbələri fəal iştirak etmişlər.
