Homeaz | en | ru

Bakı Dövlət Universiteti planetin ən yaxşıları sırasındadır

31/03/2020

Dünyanın ən nüfuzlu elm-təhsil müəssisələrinin növbəti “Scimago Institutions Rankings 2020” beynəlxalq reytinqi açıqlanıb. Reytinq İspaniyanın “Scimago” laboratoriyası ilə dünyanın ən böyük elmi nəşriyyatlarından biri olan “Elsevier”in əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Ali təhsil müəssisələri kateqoriyasında ölkəmizi reytinqdə Azərbaycan ali məktəblərinin flaqmanı Bakı Dövlət Universiteti (BDU) təmsil edir.  BDU planetin ən yaxşıları sırasında 849-cu yerdədir.
“Scimago Institutions Rankings 2020” reytinqi dünyanın bir sıra müstəqil və etibarlı mənbələrindən - beynəlxalq məlumat bazalarından son beş ildə verilən məlumatlar əsasında ali təhsil və elmi-tədqiqat müəssisələrini qiymətləndirən ən obyektiv reytinqlərdən biri hesab olunur.
Bu reytinq dünyanın hər yerindən 7026 aparıcı universiteti və elmi təşkilatı əhatə edir.
Reytinqdə İspaniya Milli Tədqiqat Şurası (CSIC), “Granada” Universiteti, III Karl adına Madrid Universiteti də yaxından iştirak etmişdir.

https://www.scimagoir.com/institution.php?idp=364

 

Xəbərlər

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Dövlət Universiteti birgə sosial aksiya keçirdi

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Dövlət Universiteti birgə sosial aksiya keçirdi
01/04/2020

Xalqımızın qan yaddaşı

31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
31/03/2020

BDU dünya reytinqində

Bakı Dövlət Universiteti planetin ən yaxşıları sırasındadır
31/03/2020
Bookmark and Share