Bakı Dövlət Uinversitetinin birgə təşkilatçılığı ilə Fars dili olimpiadası keçiriləcəkdir
27/02/2015İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və Bakı Dövlət Uinversitetinin birgə təşkilatçılığı ilə 14 mart 2015- ci ildə 4- cü Fars dili olimpiadası keçiriləcəkdir. Öz biliyini ibtidai, orta və ali səviyyələrdə sınamaq istəyənlər 12 mart 2015 - ci ilədək İİR- in səfirliyinin Mədəniyyət Mərkəzinə müraciət edə bilərlər. Müsabiqə qalibləri sertifikat və digər hədiyyələrlə təltif olunacaqlar.
Unvan: Ə.Hüseynzadə, 42
Əlaqə nömrələri 4982345, 5952012
