Homeaz | en | ru

Bağdadın Dəclə Universitetinin əməkdaşları Şərqşünaslıq fakültəsində olub

02/04/2018

 

27 mart 2018 -ci il tarixində İraqın Bağdad şəhərində yerləşən Dəclə Universitetinin əməkdaşları Elmi işlər üzrə prorektorun başçılığı ilə  Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Dəclə Universitetinin əməkdaşları ilə görüşən fakültə dekanı professor Elxan Əzizov BDU-da tədris sistemi, Şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatı, ərəb ölkələrinin mədəniyyət və incəsənəti,  ərəb ölkələrinin etnoqrafiyası və s. fənlərin tədrisi, dərslik və proqram təminatı, müəllim və tələbələrin qazandığı nailiyyətlər və s. məsələlər barədə söhbət aparmışdır. Öz növbəsində Dəclə Universitetinin Elmi işlər üzrə prorektoru professor Əbdülcavad Əbdülhəsən Əlbaydani də təmsil etdiyi təhsil ocağında tədris prosesinin təşkili ilə bağlı məsələlərdən danışmışdır. O, Dəclə Universitetinin təhsilin bir çox sahələrində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Görüşdə Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev və dekan müavini Cavanşir Məmmədzadə iştirak etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share