Homeaz | en | ru

Azərbaycanın Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə onlayn görüş keçirilib

20/09/2022

Bakı Dövlət Universitetində Azərbaycanın Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsi, Şərqşünaslıq fakültəsi və Qətər Universitetinin Beynəlxalq Əlaqələr şöbəsi, Ərəb dili və ədəbiyyatı fakültəsinin iştirakı ilə onlayn görüş keçirilmişdir. Görüşdə Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, Ərəb filologiyası kafedrasının müəllimi Könül Eyvazova, Azərbaycanın Qətər Dövlətindəki Fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmaylov, səfirliyin əməkdaşı Eldəniz Musayev, Qətər Universietinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Sezar Veyzen, Ərəb dili və ədəbiyyatı fakültəsinin müdiri Seeda Ali N-Athha, əcnəbi tələbərlə iş şöbəsinin müdiri Muhammed Abdel Halim Vidatalla, Qətər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin əməkdaşları iştirak etdilər. Görüşü giriş sözü ilə açan Aydan Xəndan Şərqşünaslıq fakültəsi və fakültənin beynəlxalq əlaqələri haqqında geniş məlumat verdi. Daha sonra Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı tədbir iştirakçılarını Bakı Dövlət Universiteti və Şərqşünaslıq fakültəsinin tarixi ilə məlumatlandırdı. Kafedranın əməkdaşı Könül Eyvazova fakültədə tədris olunan ərəb dilinin tədrisi və metodikası ilə bağlı fikirlərini bildirdi.Görüşdə universitetlər və fakültələr arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminarların, ustad dərslərin, online dərslərin təşkili, xüsusilə də ərəb dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsi məsələləri müzakirə olundu. Hər iki tərəf şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etməsində maraqlı olduqlarını bildirdilər. Görüşdə Qətər Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinin əməkdaşları universitetiləri ilə bağlı təqdimat nümayiş etdirdilər.

 

 

Bookmark and Share