Homeaz | en | ru

Azərbaycanlı şərqşünas London Journals Press jurnalının redaksiya heyətinin üzvü seçilib

17/09/2020

Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Aydın oğlu Qaradağlının İtaliyada işıq üzü görmüş məqaləsini oxuyan İngiltərənin ən nüfuzlu jurnallarından biri - “London Journals Press”-in redaksiya heyətinin üzvləri Vüqar müəllimi bu jurnala fəxri üzv seçmək qərarını veriblər. Bu barədə dos. V.Qaradağlıya jurnalın baş redaktoru Dr E. Sadovska tərəfindən rəsmi məktub göndərilib.

Respublikamızın şərqşünaslarının səsinin yüksək reytinqli jurnallardan eşidilməsi qürurvericidir. Bu münasibətlə Vüqar müəllimi ürəkdən təbrik edir, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq. Məktubun Azərbaycan və ingilis dillərindəki mətni, habelə məqalə ilə aşağıdakı linklərə daxil olmaqla tanış olmaq olar.

 

https://documentcloud.adobe.com/link/review?uri=urn:aaid:scds:US:b5dfcec1-c565-4ef0-9dda-bd19df9f5a94

 

https://documentcloud.adobe.com/link/review?uri=urn:aaid:scds:US:cd2408cf-ed0e-41e3-b2a7-97ea01be442d

 

https://documentcloud.adobe.com/link/review?uri=urn:aaid:scds:US:a2a1d971-5750-4e86-bb60-1e50d42e3969

Bookmark and Share