Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə dair tədbir
23/06/201810 iyun 2018-ci il tarixində Filologiya fakültəsi “Rus dili (humanitar fakültələr üzrə)” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə dair keçirilən tədbirdə Şərqşünaslıq fakültəsinin tələbələri də çıxış edib. Tələbələrdən Tamilla Qurbanova, Elmir Abbaslı, Aysel Atlıxanlı, Aydan Hüseynli, Sevda Hüseynova mərasimdə rus dilində şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklərdə rol almışdır. Tədbirdə “Rus dili (humanitar fakültələr üzrə)” kafedrasının müdiri Ə.M.Paşayeva çıxış etmiş və tələbələrə xatirə hədiyyələri təqdim olunmuşdur.
