Homeaz | en | ru

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

26/12/2018

 

25 dekabr 2018-ci il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasında ziyalıların rolu” adlı elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlanıb. Fakültə dekanı professor Elxan Əzizov ölkəmizin müstəqillik tarixi barədə ətraflı danışıb. Sonra BDU-nun Elmi Tədqiqat hissəsinin müdiri professor İzzət Əfəndiyeva, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə, TEC-in sədri Heybət Heybətov Azərbaycan Xalq Cumhuriyyəti haqqında müxtəlif məzmunlu çıxışlar ediblər.

Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Şərq ölkələri üzrə) ixtisasının  tələbələrindən – Nigar Bağırlı, Qəmər Rzayeva, Arzu Bağırova, Reyhan Rüstəmova, Solmaz Tağıyeva, Nigar Vəliyeva, Əsmər Poladlı slayd-şoular vasitəsilə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında misilsiz xidmətləri olan M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, Ə.Şıxlınski, S.Mehmandarov, M. Hacınski və başqa aydınların həyat və fəaliyyəti haqqında geniş məruzələr ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share