Homeaz | en | ru

"Aqrar İnkişaf Könüllüləri" təşkilatı ilə görüş

21/02/2019

"Aqrar İnkişaf Könüllüləri" təşkilatının Bakı Dövlət Universitetinin tələbələri ilə görüşü keçirilib. Görüşdə təşkilatın yaranma tarixi, məqsəd və fəaliyyəti, qarşıdakı hədəf və layihələri haqqında danışılıb. Təşkilatın ümumi işlər üzrə departament rəhbəri, Şərqşünaslıq fakültəsi “Regionşünaslıq (İsrail üzrə)” ixtisasının IV kurs tələbəsi Ayxan Mustafazadə hərakata qoşulan tələbələrin qazanacaqları təcrübə və imkanlar, ideyaların reallaşdırılma yolları və regionlardan könüllərin təşkilata cəlb olunması barədə çıxış edib. Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

 

 

 

Bookmark and Share