Homeaz | en | ru

Anhoy Universitetinin prorektoru Yu Baotaunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

29/06/2017

Çin Xalq Respublikasının Anhoy Universitetinin prorektoru Yu Baotaunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları  universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, o cümlədən  ÇXR-in universitetləri ilə qurulan əməkdaşlıqdan  bəhs edib. BDU-da çin dili və ədəbiyyatının tədris olunduğunu vurğulayan rektor, Konfutsi İnstitutunun fəaliyyəti barədə danışıb,  bu  görüşün əməkdaşlıq əlaqələrinin genişlənməsinə təkan olacağını deyib.
Prorektor Yu Baotaun, öz növbəsində, xoş qarşılanmaya görə təşəkkür edib. Qonaq universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib. Görüşdə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramının təşkili, tələbə və müəllim mübadiləsi, birgə elmi əməkdaşlıq və s. məsələlər müzakirə edilib. Daha sonra nümayəndə heyəti tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.

Bookmark and Share