Pakistanın “Daily Orient Express” qəzetində Şərqşünaslıq fakültəsi haqqında məqalə dərc olunub
05/03/2019
Pakistanda üç dildə nəşr olunan “Daily Orient Express” qəzetində İran filologiyası kafedrasının müəllimi Eldost İbrahimovun “Azərbaycanda urdu dili və onun tədrisi” adlı məqaləsi çap olunub. Məqalədə Bakı Dövlət Universitetinin yaranma tarixi və bugünkü fəaliyyəti, Şərqşünaslıq fakültəsində tədris olunan ixtisaslar, tədris prosesi, həyata keçirilən müxtəlif ədəbi-bədii və ictimai tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, urdu dili və ədəbiyyatının tədrisi və tədqiqi sahəsində son illərdə qazanılmış uğurlardan geniş bəhs olunub.
