Homeaz | en | ru

Akademik Vasim Məmmədəliyevin yubileyinə həsr olunmuş respublika elmi konfransı plenar iclaslarda öz işini uğurla davam etdirib

16/11/2022

Görkəmli şərqşünas-alim, əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş  “Şərqşünaslıq: yeni istiqamətlər” mövzusunda 15-16 noyabr 2022- ci il tarixində keçirilən respublika elmi konfransı plenar iclaslarda öz işini uğurla davam etdirir.

3 bölmədən ibarət olan (Dilçilik, Ədəbiyyatşünaslıq və Din və fəlsəfə) iclaslarda şərqşünas-alimlər Azərbaycan və eləcə də dünya şərqşünaslığının tədqiqi və təbliği istiqamətlərində müxtəlif  mövzularla çıxış edərək yeni təfəkkür və yanaşmalar əsasında müzakirələr aparırlar. Konfransın respublikada şərqşünaslığın tədrisi və elminin inkişafına yeni təkan verəcəyi, beynəlxalq əlaqələrin güclənməsinə ciddi təsir göstərəcəyi düşünülür.

Konfrans 16 noyabr saat 15.00 –da  yekunlaşacaq.

 

 

 

 

 

Bookmark and Share