Akademik Vasim Məmmədəliyev qızıl medalla təltif edilib
28/10/201628 oktyabr 2016-cı il tarixində Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev görkəmli şair Məhəmmədhüseyn Şəhriyar irsinin öyrənilməsində və təbliğindəki xidmətlərinə görə İran İslam Respublikasının Təbriz Universiteti tərəfindən “Məhəmmədhüseyn Şəhriyar” qızıl medalı ilə təltif olunmuşdur. Bu münasibətlə akademik Vasim Məmmədəliyevi Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov da ürək təbrik etmişdir.
