Homeaz | en | ru

Yapon dili proqramına qeydiyyat davam edir

14/12/2020

Meiji Universitetinin Yapon Dili Təhsil Mərkəzində 2021-ci ilin fevral-mart aylarında onlayn intensiv Yapon dili proqramı tədris ediləcək. Zoom platforması üzərindən keçiriləcək proqramın məqsədi iştirakçılara interaktiv yapon dilinin öyrətməkdir. Proqram çərçivəsində iştirakçıların yapon dilində müxtəlif mövzuları oxuyaraq və dinləyərək yapon dili bacarıqlarını inkişaf etdirmələri, Yapon tələbələrlə söhbət etmələri və dərslərdə öyrəndiklərini və hiss etdiklərini SNS-də yazmaları nəzərdə tutulub.

İştirakçılar Yapon dilini öyrənməklə Yapon mədəniyyəti və cəmiyyəti haqqında anlayışlarını dərinləşdirə bilərlər.

Qeyd edək ki, Yaponiyanın Meiji Universitetinin müəllim və tələbə heyəti yapon dilini  öyrənməkdə və inkişaf etdirməkdə proqram iştirakçılarına dəstək olacaq.

Müraciət tarixi:30 Noyabr - 15 dekabr 2020

Müraciət üçün link: https://reg34.smp.ne.jp/regist/is?SMPFORM=ndsb-qflar-fcc54e4c9bc2541a422e1de99f14f071

Əlavə məlumat üçün international@bsu.edu.az mail ünvanı və (+994 12) 5390557 telefon nömrəsi ilə əlaqə qura bilərsiniz

Bookmark and Share