Homeaz | en | ru

“Yanma Problemləri İnstitutunun” əməkdaşları BDU-da

04/05/2015

Qazaxıstanın Təhsil və Elm Nazirliyinin nəzdində  fəaliyyət göstərən “Yanma Problemləri İnstitutunun” baş direktoru Zulxair Mansurov, İnstitutun  laboratoriya müdiri Roza Abdulkarimova və aparıcı elmi əməkdaşı Maulet Skakov BDU-da olub. Qonaqları qəbul edən Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova onlara  universitetin tarixi, beynəlxalq əlaqələri, ikitərəfli əməkdaşlıq proqramları haqqında məlumat verib. Kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılovanın iştirak etdiyi görüşdə  əməkdaşlıq perspektivləri müzakirə olunub, gələcək priopitet istiqamətlər müəyyənləşdirilib.

 

Bookmark and Share