Şərqşünaslıq fakültəsinin tələbəsi tennis üzrə İTF Beynəlxalq Paris Kubokunun çempionu olub
10/10/2022Şərqşünaslıq fakültəsinin tələbəsi Kənan Qasımov tennis üzrə İTF Beynəlxalq Paris Kubokunun V mərhələsində 18 yaş kateqoriyasında çempion olub.
Bakı Tennis Akademiyasında ənənəvi “ITF Payız Kuboku” turnirinin növbəti - 5-ci mərhələsi başa çatıb. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən 81 tennisçi gücünü sınayıb. On səkkiz yaşlı tennisçilərin mübarizəsində fakültənin tələbəsi Kənan Qasımov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Kənan Qasımov həlledici görüşdə rusiyalı Artur Ayuxanovla qarşılaşıb. Tennisçimiz ilk setdə 6:4, ikinci hissədə isə 7:5 hesabı ilə qalib gələrək çempion olub.

