Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında ekskursiyada olublar

03/10/2022
Şərqşünaslıq fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında ekskursiyada olublar.
02 oktyabr 2022-ci il tarixində Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi Vətən müharibəsi zamanı düşmənin sıradan çıxarılmış hərbi artilleriya və vasitələrini əyani şəkildə görmək üçün Hərbi Qənimətlər Parkında ekskursiyada iştirak ediblər. Tələbələr açıq ərazidə vurulmuş texnika, düşmənin qurduğu sədlər, cəbhədəki mövqelər, atış yerləri, düşməndən götürülmüş vasitələr hesabına qurulan otaqlar, yeraltı tunellər ilə tanış olublar. Azərbaycan ordusunu rəşadəti, yenilməzliyi və qüdrəti tələbələr üçün bir daha öz sübutun tapıb. Ekskursiya tələbələrdə vətənpərvərlik hislərini qüvvətləndirməklə, onlara düşmənə qarşı daim ayıq-sayıq olmağı xatırladıb.

 

Bookmark and Share