Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi Heydər Əliyev Mərkəzində ekskursiyada olub

25/12/2021
Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi Heydər Əliyev Mərkəzində ekskursiyada olub.
25 dekabr 2021-ci il tarixində Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi dekan müavini Şahin Yusiflinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Tələbələr ümummilli lider Heydər Əliyev irsi və həyat yolunu işıqlandıran sərgiləri müşahidə etmiş, ulu öndərin şəxsi əşyalarını, prezident avtomobillərini böyük həvəslə izləmişlər. Azərbaycan mədəniyyəti və tarixi ilə əlaqədar otaqları, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva və xarici rəssam-dekoratorların fərdi sərgiləri ilə yaxından tanış olmuşlar.
Ekskursiya tələbələrin ulu öndər Heydər Əliyevin həyatı barədə məlumatlarının və dünya görüşlərinin genişlənməsi, o cümlədən tarix və milli irsə münasibətlərinin təkmilləşməsinə böyük tövhə vermişdir.
Bookmark and Share