Şərqşünaslıq fakültəsinin bir qrup tələbə və müəllim heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər
19/01/202219 yanvar 2022-ci il tarixində Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi dekan müavinləri Tərlan Məlikov və Şahin Yusiflinin iştirakı ilə 20 Yanvar faciəsi şəhidlərinin məzarlarına ziyarət ediblər. Ziyarət əsnasında şəhidlərin məzarları önünə qərənfillər düzülmüş, ruhları yad edilmişdir.






