Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş sərgi və mədəni tədbir keçirilib

25/11/2022

Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş sərgi və mədəni tədbir keçirilib.
25 noyabr 2022-ci il tarixində Şərqşünaslıq fakültəsində könüllülərin "Fakültəmizi tanıyaq" layihəsi çərçivəsində tələbə və müəllim heyətinin rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilmiş, mədəni tədbir keçirilmişdir. Sərgidə fakültənin müəllimlərindən Leyla Məmmədova və Familə Nəcəfovanın, habelə ayrı-ayrı şöbələrin tələbələrinin əl işləri nümayiş olunmuşdur. Nümayişdən sonra tələbələrin şərq ölkələrinin poeziya nümunələrinin təqdimatından ibarət mədəni tədbiri keçirilmişdir. Fakültə tələbələri şərq dillərində şeirlər səsləndirmiş, müxtəlif dillərdə məlumatlar təqdim etmiş, musiqi alətlərinin müşayiəti ilə mahnılar səsləndirmişlər. Çıxışlar müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanmış, tələbələrin birgə ifaları ilə sona çatmışdır.

 

Bookmark and Share