Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində könüllülərin təşkilatçılığı ilə mədəni tədbir keçirilib

19/10/2022
Şərqşünaslıq fakültəsində "Türkiyə Gecəsi" adlı tədbir keçirilib.
Şərqşünaslıq fakültəsində könüllülərin təşkilatçılığı və "Fakültəmizi tanıyaq" layihəsi çərçivəsində mədəni tədbir keçirilib.Tədbirdə fakültə rəhbərliyi və universitetin müxtəlif fakültələrindən olan tələbələr iştirak ediblər. Tədbir qardaş ölkələrin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərə ehtiram duruşu ilə başlayıb. Açılış üçün söz dos. Aydan Xəndana verilib. Dekan, tədbirin əhəmiyyəti, onun hər iki ölkənin müstəqillik günləri ilə yaxın anlara təsadüf etməsini nəzərə çatdırıb. Söz tələbələrə verilib. Tələbələr Azərbaycan-Türkiyə əlaqələrindən, türk mədəniyyəti və incəsənətindən danışıb, bir sıra videoçarxlar nümayiş etdiriblər
Tədbirdə Şərqşünaslıq fakültəsinin müxtəlif dillərdə təhsil alan tələbələrinin yer aldığı videoçarx təqdim olunub. Onlar öz təhsil aldıqları dildə fakültə haqqında məlumat veriblər. Fakültənin dekan müavinləri Şahin Yusifli və Nigar İsmayılzadə öz təəssüratlarını bölüşüblər.
Sonda Şərqşünaslıq fakültəsinin tələbələri "Hababam sinifi" filmindən kiçik bir səhnəciklə tədbiri sona çatdırıblar.

 

 

Bookmark and Share