Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində ümummilli lider Heydər Əliyevin vəfat ildönümü münasibəti ilə anım günü keçirilib

10/12/2021
10 dekabr 2021-ci il tarixində Şərqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider, ulu öndər Heydər Əliyevin vəfat ildönümü ilə əlaqədar anım günü keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, ulu öndər və vətən şəhidlərinin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.
Tədbiri giriş sözü ilə fakültənin dekanı vəzifəsini icra edən f.ü.f.d. Tərlan Məlikov açaraq, Azərbaycan xalqının fəxr mənbəyi, müstəqil Azərbaycanın qurucusu, mərhum Heydər Əliyev fenomenal şəxsiyyəti, onun həyat yolu və fəaliyyəti, qurtarıcılıq missiyası barəsində geniş çıxış edərək, ulu öndər irsinin daim öyrənilib, təbliğ edilməsini zəruriliyini, gənclərin bu irsi növbəti nəsillərə daşımasının vacibliyini qeyd edib.
Tədbirdə Türk filologiyası kafedrasının müdiri, prof. Rüfət Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, prof. Oqtay Cəlilbəyli, dekan müavini Şahin Yusifli, b/m. Adil Yəhyayev çıxış edərək, Heydər Əliyevin SSRİ məkanı, o cümlədən dünyada olan nüfuz və şöhrəti, böyük siyasətçilərin istinad etdiyi ulu öndər şəxsiyyəti, müstəqil Azərbaycanın qurulmasında Heydər Əliyev məktəbi, ulu öndərin ölkəmizin adının müstəqil dövlətlər sırasında saxlanılmasında göstərdiyi səylər, daxili, xarici və gənclər siyasəti, birinci və ikinci hakimiyyət illərinin xarakterik cəhətləri barəsində geniş məlumat veriblər.
Tədbirdə ümummilli liderə həsr edilmiş videoçarxlar nümayiş etdirildikdən sonra, tələbələrin çıxışları olub.
Ulu öndərə həsr olunmuş şeirlər oxunmuş, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, Elnarə Həsənova, Tələbə Gənclər Təşkilatı sədri, Nihat Əliyev və THİK sıralarından Cümşüdov Qasım çıxış edərək, gənclər və tələbələr adından ulu öndər irsinə olan münasibətdən, bu məktəbin gənc davamçıları olmağın əhəmiyyətindən danışmış, daim qürurla yad edilən ulu öndərin təhsillə bağlı fikirlərinin gənclər üçün mayak rolunu oynadığını, irsinin təbliğində daim hazır olduqlarını ifadə etmişlər. Çıxışlar bitdikdən sonra, tədbir sona çatdırılmışdır.
Bookmark and Share