Şərqşünaslıq fakültəsində birinci kursa daxil olan tələbələrlə görüş keçirilib
13/09/2022Şərqşünaslıq fakültəsində birinci kursa daxil olan tələbələrlə görüş keçirilib.
13 sentyabr 2022-ci il tarixində Şərqşünaslıq fakültəsində birinci kursa daxil olan tələbələrin fakültə rəhbərliyi ilə görüşü keçirilib. Görüş fakültə ilə tanışlıq, tədris prosesi və fakültə sosial həyatının izahı baxımdan əlamətdar olub. İxtisaslar üzrə qəbul olunan tələbələrə dekan dos. Aydan Xəndan tərəfindən təbrik ünvanlanıb, yüz yaşına qədəm qoymuş fakültənin tarixi və ixtisasların mahiyyəti, ənənələr və perspektivlərlə əlaqədar izahlar verilib. Ardıcıl olaraq tədris işləri üzrə dekan müavini b/m. Tərlan Məlikov tədris prosesi barədə, sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli isə sosial məsələlər və tələbələrlə iş üzrə aparılan işlərlə bağlı zəruri məlumatlar veriblər. Məlumatlar xüsusi təqdimetmələr vasitəsi ilə tələbələrin nəzərinə çatdırılıb, suallar cavablandırıldıqdan sonra görüş sona çatdırılmışdır.




