Şərqşünaslıq fakültəsində 2 fevral – Gənclər Günü ilə bağlı tədbir keçirilib
03/02/2022
Şərqşünaslıq fakültəsində 2 fevral – Gənclər Günü ilə bağlı tədbir keçirilib. 02 fevral 2022-ci il tarixində BDU-nun Şərqşünaslıq fakültəsində tələbə və müəllim heyətinin iştirakı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültə tələbə təşkilatlarının üzvləri, dekan vəzifəsini icra edən Tərlan Məlikov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli iştirak ediblər. Dekan müavini Şahin Yusifli tələbələri əlamətdar gün münasibəti ilə təbrik etdikdən sonra, ölkədə aparılan gənclər siyasətinin əsas perspektivləri, gənclər təşkilatları üzrə aparılan işlər, dövlət gənclər strategiyası, istedadlı gənclərə yaradılan şərait barədə geniş məlumat vermişdir. Son illərdə həyata keçirilən müsabiqələr, könüllülük və digər gənclər hərəkatları barədə danışılmışdır. Tələbələr əlamətdar günlə bağlı öz fikirlərini, gənclər gününün tarixi və qarşıda duran məqsədlər barədə məlumat vermiş, son vaxtlarda fakültə gənclərinin həyatında baş verən yeniliklər xatırlanmışdır. Sonda dekan vəzifəsini icra edən Tərlan Məlikov tələbələrə təbriklərini çatdırmış, gənclərə nümunəvi gənc olmaq üçün lazımı olan məqamları açıqlamış, gördükləri uğurlu gənclərin yolunu izləməyi, gələcəyə geniş spektrdan baxmağı tövsiyyə etmişdir. Tələbələrlə fikir mübadiləsi aparıldıqdan sonra, görüş yekunlaşdırılmışdır.
