Homeaz | en | ru

Şərqşünaslıq fakültəsi TEC- in təşkilatçılığı ilə elmi seminar keçirilib

18/12/2021
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə onlayn şəkildə “İbri dili günü”- nə həsr olunmuş elmi seminar keçirilib.
Fakültənin dekanı vəzifəsinin icraçısı f.ü.f.d Tərlan Məlikov Ərəb filologiyası kafedrasının ibri dili şöbəsinin tələbə-müəllim heyətini və iştirakçıları salamlayaraq, ibri dili üzrə tədris və kadr hazırlığı barədə ətraflı məlumat vermişdir.
Elmi məsələlər üzrə dekan müavini, dos. Nigar İsmayılzadə Azərbaycan Respublikası və İsrail arasında olan münasibətlərdən söhbət açaraq, fakültə və ölkədə ibri dili üzrə aparılan tədqiqatlardan, elmi kadrların hazırlanmasından danışmışdır.
Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən, dosent Vüqar Qaradağlı tədbirlə bağlı xoş təəssüratlarını bildirərək, Sami-Hami dil qrupuna daxil olan ərəb və ibri dillərinin oxşar və fərqli xüsusiyyətləri barədə çıxış etmişdir.
İbri şöbəsinin müəllimləri f.ü.f.d Təranə Hüseynbalayeva ibri dilində neologizm və abreviatur lüğətləri və İbri dili Akademiyasının fəaliyyəti, dos. Gülnarə Abdullayeva Liturqik ədəbiyyatının bir qolu olan Piyut ədəbiyyatı və paytanlar, Gülər Qasımova orta əsrlərdə Hebraizmin inkişaf istiqamətləri, bu dövrdə fəaliyyət göstərən filoloqların fəaliyyəti, Ayxan Qarayev isə ibri dilində şifahi xalq ədəbiyyatı nümunələri barədə çıxışlar ediblər.
Fakültə TEC sədri, Elnarə Həsənova ibri dilinin Bakı Dövlət Universitetində tədris tarixindən, universitetin yetişdirdiyi ibrişünasların fəaliyyəti, Jalə Səmədova İbri-Azərbaycan lüğətçilik sahəsində yeniliklərindən və ibri dilində tibbi terminalogiya haqqında çıxış etdikdən sonra, iştirakçılar arasında fikir mübadiləsi aparılm
ışdır. Suallar cavablandırıldıqdan sonra elmi seminar işini yekunlaşdırmışdır.
Bookmark and Share