Homeaz | en | ru

“Müsəlman şərqində ilk demokratik Cümhuriyyət” adlı tədbir keçirilib

28/05/2021
28 may 2021-ci il tarixində Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Müsəlman şərqində ilk demokratik Cümhuriyyət" adlı onlayn tədbir keçirilib.
Sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli iştirakçıları “Respublika günü” münasibəti ilə təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı mürəkkəb tarixi şərait, Cümhuriyyət dövründə əldə olunan uğurlar, ilk Azərbaycan universitetinin təsis edilməsi, ilk parlamentin fəaliyyətə başlaması, Cümhuriyyət liderlərinin Paris Sülh Konfransına yollanması, bu yolda olan çətinliklər, Cümhuriyyət və qonşu xalqların münasibətləri barəsində tarixi aspektdə danışmış, bu cür tədbirlərin keçirilməsini faydalı hesab etməklə hər bir tələbənin xalqının tarixini bilməsinin vacibliyini qeyd etmişdir.
Elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə çıxış edərək, “Respublika günü” ilə bağlı təbriklərini çatdırmış, müstəqil Azərbaycanın Cümhuriyyətin hüquqi varisi olduğunu qeyd etmiş, tariximizin daim yaşadılması, müstəqilliyimizin yolunda əmək sərf etmiş mübariz şəxsiyyətlərin daim yad edilməsini zəruri hesab etmişdir.
Fakültə Tələbə Gənclər Təşkilatının sədr müavini Nihat Əliyev tələbələr adından çıxış edərək, cümhuriyyətin varisi Azərbaycan Respublikası barədə fikirlərin ifadə etmiş, ümummilli lider Heydər Əliyevin Xalq Cümhuriyyəti barədə olan fikirlərini nəzərə çatdırmış, cənab prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncamını yad etmiş, tələbə yoldaşlarını xalqımızın tarixinə qarşı daim həssas mövqedə durmağa çağırmışdır.
Tələbələrin çıxışı davam etmiş, çıxışlar bitdikdən sonra, suallar əsasında cavablar təqdim edilmişdir. Fikir mübadiləsi bitdikdən sonra tədbir sona çatdırılmışdır.
Bookmark and Share