az | en | ru
|
“Fars dilində media dilinin xüsusiyyətləri” adlı elmi seminar keçirilib
29/10/2021
Fars dilində media dilinin xüsusiyyətləri” adlı elmi seminar keçirilib.
28 oktyabr 2021-ci il tarixində Teams platforması vasitəsi ilə Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusiflinin təqdimatıyla “Fars dilində media dilinin xüsusiyyətləri” adlı elmi seminar baş tutub. Seminarda farsdilli müasir mediyada istifadə olunan vahidlər, onların tərcümə formaları, digər işlək feil əsaslı struktur vahidlər barəsində nümunələr əsasında izahlar verilib. Rəsmi-publisistik üslub üçün xarakterik olan linqvistik qaydalar və onların mətn daxilində təyinatı barədə geniş məlumat verilib. İştirakçılar və tələbələr tərəfindən mövzu ilə əlaqədar suallar verilib. Fikir mübadiləsi aparıldıqdan sonra, seminar yekunlaşdırılıb.

|
|
|
|