Homeaz | en | ru

“Dəmir yumruq” və gələcəyə gedən böyük yol…

08/10/2021

Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov yazır: “Dəmir yumruq” və gələcəyə gedən böyük yol…

Müdrik ulularımız çox gözəl deyib: — “Gələcəyə ümidlə baxan xalq heç vaxt yenilməz!”… Çox sevindiricidir ki, torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan yeni yazılacaq çox şərəfli bir tarixin təməl qoyma mərasiminə başladı. Gələcəyə gedən yolda büdrəməməyimiz üçün Ali Baş Komandan bizə vətən-torpaq eşqini, vətən məhəbbətinin əbədi olduğunu, lazım gələrsə vətən yolunda canımızdan keçməyi əsirgəməməyi aşıladı.

Bütün bunları düşünərkən uşaqlıq xatirələri məni rahat buraxmadı. Keçmiş günləri xatırlayarkən insanın nə qədər kövrək anlar yaşadığını sözlə ifadə etmək çox çətindir. Uşaqlıq illərini, orta məktəbi, yay aylarında yaylaqda keçirdiyimiz günləri, qohumlarla,dostlarla nehrə sallayan analarımıza bulaqdan su daşıdığımız günləri xatırladıqca insanın burnunun ucu göynəyir. Ən çox yadda qalan orta məktəb illəri isə… Xatirimdədir, orta məktəbdə dərs deyən müəllimlərin çoxu öz peşəsinə vurğun insanlar idi. Onlar həmişə çalışırdılar ki, bilik verdiyi uşaqlar onların etmadlarını doğrultsunlar, üzlərini ağ etsinlər. Dərs dedikləri şagirdlərin ali məktəbə daxil olmalarına bəlkə də hamıdan çox müəllimləri sevinirdilər. Toyda-yasda onların adlarını fəxrlə çəkir, gənc nəsli savadlı olmağa ruhlandırırdılar. Bizim ədəbiyyat müəllimimiz Xıdır müəllim ədəbiyyatı çox gözəl bilirdi. O istəyirdi ki, hamı ədəbiyyatçı olsun. Xıdır müəllim ədəbiyyat dərsində görkəmli şairlərdən, yazıçılardan söhbət açarkən, dərsi elə izah edirdi ki, doğrudan da adamın ədəbiyyata həvəsi daha da güclənirdi.

Mirzə İbrahimovun “Gələcək gün“ romanı, Süleyman Rəhimovun “Mehman” povesti həyat yolumuzun bələdçisi olmuşdu. Mən bu yazıma başlayarkən də “Gələcək gün” romanını bir daha xatırladım. Mirzə İbrahimovun romana belə ad verməsinin arxasında hansı məqamların olduğunu anlamaq indi heç çətin deyil. O dövr şahlıq rejiminin siyasi gedişlərinin xalqın həyat tərzinə təsiri bütün xırdalıqları ilə romanda öz əksini tapıb. Yazıçının ən böyük arzusu – Güney və Quzey Azərbaycanın birləşməsi idi, amma rejimin süqutundan sonra həyat bizə qanlar bahasına verdiyi müstəqilliyimizi də çox gördü. Azğın qonşularımız olan erməni vandalları Xocalı soyqırımını törətdilər, torpaqlarımızı işğal etdilər. Az imiş kimi 30 ilə qədər bir zaman kəsiyində də daşı daş üstə belə qoymadılar….

Nəhayət ki, havadarlarından dəstək alan faşistlər “Dəmir Yumruq”un zərbəsinə tuş gəldilər. Azərbaycan xalqının ümid çırağı Ali Baş Komandan uzun illər çox böyük səbrlə, təmkinlə beynəlxalq təşkilatların bütün təkliflərini süzgəçdən keçirdi və ”Dəmir Yumruq”un qarşısında heç bir qara qüvvənin tab gətirməyəcəyinə əmin olduğunu sübut etdi.

Qürur hissiylə deyə bilərik ki, dünya diplomatiya tarixinə qızıl həflərlə qələbə möhrünü vuran Ali Baş Komandan İlham Əliyev qısa bir zaman kəsiyində beynəlxalq təşkilatların edə bilmədiklərini və ya etmək istəmədiklərini 44 gündə Azərbaycan Ordusunun iştirakı ilə etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin müddəalarına uyğun olaraq, beynəlxalq hüququn bərpa olunmasına tək başına nail oldu və Ermənistan silahlı qüvvələrini 30 il işğal altında saxladığı ərazilərdən çıxardı. Ali Baş Komandanın gecə-gündüz istirahət bilmədən Azərbaycan əsgər və zabitlərinə mənəvi cəhətdən dayaq olması vətən oğullarına ilahi güc verdi. Qəhrəman əsgərlərimiz düşməni pərən-pərən etdi. Jurnalistlərlə görüşlərin birində bəzi xarici jurnalistlərin məkirli suallarını belə diplomatik bacarıqla cavablandırdı və onlara jurnalist etikasından, jurnalist davranışından yaddan çıxmayan dərs verdi.

Artıq Azərbaycan xalqı rahat nəfəs ala bilir. Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan dünyada söz sahibi olduğunu bir daha sübut etdi. Xalqımıza qələbə sevincini yaşatdı. Bizim polad iradəmizi, cəsurluğumuzu, vətənpərvərliyimizi, andımıza sadiqliyimizi sübut etmək üçün bizə geniş meydan verdi. Vətən oğulları 44 günlük müharibədə döyüş meydanında yeni tarixin sahibi olduğumuzu əyani sübut etdilər.

Darmadağın edilmiş düşmən ”Dəmir Yumruq”un gücünü əsrlər boyu unutmayacaq. Müharibə başa çatıb, ancaq Ermənistanla rəsmi sülh yoxdur. Mən humanist bir insanam, uzun illərdir çox mötəbər bir təhsil ocağında tələbələrə sülhün, ədalətin qoruyucusu olmağı tövsüyə etmişəm, bu gün də bu fikirdəyəm. Azərbaycanın inzibati bölgü xəritəsində Dağlıq Qarabağ bölgəsi deyilən bir ərazinin olmadığı bir mənalı olaraq qəbul edilməlidir. İndi ölkəmizdə inzibati mərkəzi Xankəndi olan Xocalı rayonu var. Bu yeni regional reallıqdır. Ermənistan bu həqiqəti qəbul etməli, Azərbaycanla arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası üzərində çalışılmalıdır. Başqa yol seçimi, təbii ki, “Dəmir yumruq” la üz-üzə durmaq deməkdir.

Həqiqətdir ki, bütün dünyada rəzil olan erməni dövləti yediyi “Dəmir Yumruq”un zərbəsindən özünə gələ bilmir. Onlar bilməlidir ki, vətən sevgisi ilə yeni tarix yazan Azərbaycan oğulları qarşısında duruş gətirməyi hər oğul bacarmaz, o da ki, qalsın erməni xislətlilər, özgə torpağına göz dikənlər!…

Havadarlarına arxalanan, Aqambekyan, Balayan kimi siyasi avantüristlərdən dərs alan bu yazıqlar elə bilirdilər ki, havadarlarının köməyi ilə yenə də torpaq iddiasında olcaqlar. Böyük Türk Dünyasına meydan oxuyan nankor qonşular, artıq XXI əsrdə yaşadıqlarını dərk etməlidirlər. Bunu başa düşməmişsinizsə, yazıq sizin halınıza. Siz artıq uçurumun başındasınız, hər an məhv olma təhlükəsi ilə üzbəüzsünüz. Sizin başınızın altına yastıq qoyanlar indi sizə sahib çıxmırlar. Sabah da belə olacaq, yenə sizdən bir alət kimi istifadə edəcəklər, çünki xislətiniz, məramınız, istəyiniz bunu tələb edir. Yaxşı bilirik ki, ”Dəmir Yumruq” əməliyyatından sonra özünüzə gələ bilmirsiniz, yuxunuz ərşə çəkilib. Məncə bu onlara son dərs olmalıdır.

Deyiləsi, yazılası çox nüanslar var, onlardan biri də Azərbaycan xalqının öz adət-ənənəsinə sadiq olması ,qüdrətli bir xalq olaraq həmişə qonşuluq ənənəsini yaşadan, bu gün də ona hörmətlə yanaşan bir xalq olmasıdır. Bu xalqın qədir bilən qəhrəman oğullarından biri olan, bütün varlığı ilə xalqına xidmət edən ,onun gələcəyini və bu gününü uca tutan Ali Baş Komandan İlham Əliyevin siyasəti bu günkü uğurlarımızın əsas səbəbi idi. Onun həyata keçirdiyi güclü dövlət və yenilməz ordu quruculuğu siyasəti idi. Nəhayət, əsassız şayələrə mövzu olan “Qarabağ” hazırda öz sahibinə qaytarılmışdır. Beləliklə, Ali Baş Komandan bütün suallara qələbəylə cavab verdi. Düşünürəm, dünyada analoqu olmayan 44 günlük müharibədə qələbəmizin müəllifi , Ali Baş Komandan İlham Əliyev müzəffər ordumuz Azərbaycan xalqının başını uca etdi. Dahi Nizami Gəncəvinin bir misrasını buraya əlavə etməyi özümə borc bildim: —“ Səadət günəşi birlikdən doğar.”

Azərbaycan xalqının birliyi, bizə bu qələbəni bəxş edən prezident İlham Əliyevin gərgin səyləri, uzaqgörən diplomatiyası sayəsində öz həllini tapmışdır. Tarix bir daha sübut etdi ki, əgər biz bir xalq olaraq Prezidentimizin ətrafında sıx birləşsək, heç bir qara qüvə bizə öz məkirli əlini uzada bilməz. Böyük qələbə bir daha təsdiqlədi ki, Azərbaycan xalqının dövlətinə və rəhbərinə olan sədaqəti, məhəbbəti sonsuzdur!…

Xalqının gələcəyini düşünən Ali Baş Komandanımız ”Dəmir Yumruq”un düşmənin başının üstündə olmasının böyük əhəmiyyət daşıdığını bir daha sübut etdi. Təbii ki, Paşinyan kimilər sərxoş vəziyyətdə türk dünyasına qıcıq verərək yallı gedəndə bunu xəyallarına belə gətirmirdilər, amma Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçəndə, buranın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu sübut edəndə daha böyük həqiqətləri gördülər. Ən önəmlisi də bunu bütün dünya gördü.

Yeni tarix yazan Azərbaycan xalqının müdrik oğlu, diplomatik gedişləri ilə və tarixi qələbəsi ilə, bir də “Dəmir yumruğu” ilə bütün türk dünyasının qəlbinə yol açdı. Sübut etdi ki, ortaq dəyərlərimiz bütün türk dünyası üçün müqəddəs və əzizdir.



Bookmark and Share